“Krasnodar”ın futbolçusu Raqnar Siqurdson Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, Rusiya mətbuatına danışan islandiyalı futbolçu Bakıda keçiriləcək oyunla bağlı bunları deyib:
“Qəbələ” ilə oyun üçün gücümüz qalıb. Biz peşəkar futbolçularıq. Bütün oyunlara hazırlaşırıq. “Qəbələ” ilə görüşə hazırlıq üçün 5 günümüz var”.
Qeyd edək ki, dekabrın 10-da “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Krasnodar” oyunu saat 22:00-da başlayacaq.