Bu gün “Neftçi”nin inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda çıxış edən Samir Əliyev klubun baş məşqçi postunu tərk etməsindən danışıb: "Yayda klub rəhbərliyi mənə etimad göstərdi və baş məşqçi vəzifəsinə təyin olundum. Mənim üçün böyük təcrübə oldu. Əlbəttə, hazırkı nəticələr məni də qane etmirdi. Komandanın potensialı bundan artığını etməyə imkan verir."
Əliyev müvəqqəti olaraq baş məşqçi təyin olunan Əsgər Abdullayev haqda da danışıb:
"Əsgər müəllimi çoxdan tanıyıram. Onun rəhbərliyi altında gənclərdən ibarət yığma komandalarda və əsas millidə oynamışam. Əsgər müəllim məşqçilik sahəsində daha təcrübəlidir. İnanıram ki, təcrübəsi sayəsində komandaya daha çox xeyir verəcək. “Neftçi”dən və sizdən ayrılmıram. Gələcək fəaliyyətim üçün “Pro” kateqoriyalı kurslarda iştirak etməyim mənim üçün çox vacibdi. Hamınıza uğurlar arzulayıram, bu futbolçuların böyük potensialı var və “Neftçi”ni daha yüksək yerlərə daşıyacaq gücdədir”.
Xatırladaq ki, dünən Neftçi" PFK-nın Müşahidə Şurasının növbəti iclası keçirilib