Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” 2012-ci il Avropa çempionatında C qrupundakı görüşlərdən 3-ünün keçirildiyi stadionda oynayacaq. Korner.az-ın məlumatına görə, matç iyulun 26-da Poznan şəhərindəki “Munisipial” stadionunda təşkil olunacaq.
Artıq başlama saatı da məlumdur. Start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq. Hakimlər isə hələ müəyyənləşməyib. 43269 tamaşaçı tutumuna malik arenada Avropa çempionatının İrlandiya – Xorvatiya, İtaliya – Xorvatiya və İtaliya – İrlandiya matçları keçirilib.
“Xəzər Lənkəran”la “Lex” arasında ilk matç iyulun 19-da Lənkəran şəhər stadionunda keçiriləcək. Saat 20:00-da başlanacaq oyunu avstriyalı referi Robert Şörgenhofer idarə edəcək.