Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" Avstriyadakı son yoxlama oyununu keçirib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son Azərbaycan çempionu Xorvatiya çempionu "Dinamo" Zaqreblə qarşılaşıb.
Matçın 24-cü dəqiqəsində Emin Mehdiyev "Neftçi"ni hesabda irəli çıxaran qola imza atıb. İkinci hissədə isə əlverişsiz hava şəraiti səbəbindən görüşün hakimlər briqadası oyunu yarımçıq dayandırıb. Bu, matçın 68-ci dəqiqəsində baş verib. "Neftçi" isə matçın qalibi elan edilib.
Xatırladaq ki, bu komandalar ötən il Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşıb və "Dinamo" rəqibindən üstün olub (3:0, 0:0)
"Neftçi" – "Dinamo" Zaqreb – 1:0
Qol: Emin Mehdiyev, 24 (1:0)
"Neftçi": Saşa Stamenkoviç, Elvin Yunuszadə, Rail Məlikov, İqor Mitreski, Brunu Bertuççi, Erik Ramos, Rəşad Sadiqov, Julius Vobay, Emin Mehdiyev, Cavid İmamverdiyev, Nikolas Kanales