Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz"in düşərgəsinə daha bir futbolçu qoşulub. Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisində baxışda keçən "Fənərbağça"nın yetirməsi Gürcan Yücelikdi. 25 yaşlı qolkiper "Fənər" məktəbinin yetirməsi olsa da karyerası elə də parlaq deyil.
Əlcək sahibinin son iş yeri ötən il üçüncü liqadan ikinci liqaya yüksələn “Kahramanmaraş” olub. Gürcanın “Kəpəz”də qalıb-qalmayacağı qarşıdakı günlərdə məlum olacaq.