Kiyev “Dinamo”sunun baş məşqçisi Yuri Syomin dünən hazırlıq prosesi çərçivəsində “Neftçi”yə qarşı keçirilən yoxlama oyunu haqda danışıb. Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis qarşılaşma haqda bunları deyib:
“Bu gün meydanda mübarizə aparmaq futbolçulara fiziki cəhətdən asan idi. Komandamız oyunun gedişində gözəl hücumlar qururdu. Ötən oyunlarla müqayisədə komanda meydanda daha yaxşı hərəkət edirdi. Həm də ən əsası futbolçuların yüksək konsentrasiyası var idi”.