İspaniya millisinin heyətində dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, komandanın hücumçusu Dieqo Kosta zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.
“Hall Siti” ilə Premyer Liqa oyununda (3:2) bud nahiyyəsindən zədələnən futbolçunun İspaniya millisinə kömək edə bilməyəcəyi dəqiqləşib. Onu “Malaqa”nın forvardı Xuanmi əvəzləyib.