FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ə vəsiqə qazanan son ölkələr müəyyənləşib. İyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka – Almaniya və İsveçrə – Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.
Startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçılarının siyahısını diqqətinizə çatdırırıq:
Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa.