16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Korner.az-ın məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adamın yetirmələri Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb. Qarşılaşma 2:2 hesablı məhsuldar heç-heçə ilə başa çatıb. Yığmamızın heyətində Şahban Cəbrayılov və Elnur Cəfərov fərqlənib.
