“Liverpul”un baş məşqçisi “Mançester Siti” qələbəsini şərh edib.
Korner.az-ın məlumatına görə, BBC-yə danışan təcrübəli mütəxəssis bunları deyib:
“Futbolçular qarşısında baş əyirəm. “Beşiktaş”la ağır matçdan sonra möhtəşəm oynadıq. Son ölkə çempionu qapıya cəmi bir zərbə vurdu. Mövsüm əvvəlində çoxları “Liverpul”da xarakterin olmamasını deyirdi. Lakin düşünürəm ki, belə oyunla bu fikirin üstündən xətt çəkdik”