Antalya toplanışı çərçivəsində hazırlığını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, sayca dördüncü sınaq matçında rəqib Rumıniyanın əsas liqa təmsilçisi “Universitatya” (Krayova) klubudur.
Rəqib hazırda 17 oyundan 29 xal toplamaqla turnir çədvəlində 6-cı sırada qərarlaşıb. Matç Bakı vaxtı ilə saat 19:00-da “Papillon Futbol Mərkəzi”nin futbol meydançasında baş tutacaq.