Uzun müddətdir baş məşqçi axtarışında olan “Qalatasaray” klubu nəhayət ki, öz arzusuna qovuşdu.
Korner.az-ın məlumatına görə, “Cim-bom” daha öncə “Xəzər Lənkəran”ı da çalışdırmış olan Mustafa Dənizli ilə razılığa gəlib.
Klub prezidenti Ünal Aysal da, Mustafa Dənizli ilə çalışmaqdan məmnunluq duyacaqlarını bildirib.