Mövsümün sonunda “İnter”i tərk edəcək futbolçulardan birinin kimliyi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Samir Zərgərovun komandanı tərk edəcək.
Müqaviləsi başa çatmaq üzrə olaq Samir yeni anlaşma imzalamayacaq. Kaxaber Tsxadadzenin əsas heyətdə şans vermədiyi futbolçu aldığı digər təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Samir 2011/12 mövsümündən “İnter”in formasını geyinir. İlk mövsümdə Premyer Liqada 24 ardınca 19 oyun keçirən yarımmüdafiəçiyə Tsxadadze cari mövsümdə 2 çempionat matçında 16 dəqiqə oynamaq şansı verib.