İngiltərənin “Çelsi” klubu qış transfer pəncərəsi dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.
Korner.az-ın “The Telegraph”a istinadən verdiyi məlumata görə, London təmsilçisi “Napoli”nin forvardı Qonzalo İquainə “elçi” düşüb.
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo yenidən sabiq futbolçusu ilə çalışmaq istəyir. “Zadəganlar” argentinalı futbolçunun transferi üçün qarşı tərəfə 50 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin Neapol klubu da İquani satmaq niyyətində deyil.