“Əskişəhərspor” klubunun mətbuat katibi Sıtkı Saraç Ərsun Yanalın müqaviləsini bitirdikləri iclasa məşqçinin sərxoş gəldiyini bildirib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sıtkı Saraç məşqçinin “Əskişəhərspor” klubunun bəzi futbolçularını da təhqir etdiyini söyləyib.
Bundan əlavə mətbuat katibi onun futbolçuları da narahat etdiyini bildirib.