Naxçıvanın “Araz” klubunun baş məşqçisi Əsgər Abdullayev Türkiyədə keçirdikləri təlim-məşq toplanışından danışıb.
Korner.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, baş məşqçi müsahibəsində bunları dilə gətirib: “Türkiyədə 4-cü divizion təmsilçiləri ilə oynadıq və qələbə qazandıq. Bu oyunlarla futbolçularım özlərini təsdiqlədilər. Artıq əsas heyəti və ehtiyat qüvvəni müəyyənləşdirmişik. Transfer işini də başa vurmuşuq. Hədəfimiz elitaya vəsiqə əldə etməkdir. Çempionata demək olar ki, hazırıq. Düzdür, hələ də çatışmazlıqlar var. Amma çalışacağıq mövsümün startına qədər bunu aradan qaldıraq”.
Qeyd edək ki, I-ci divizionda yarışacaq “Araz” ilk turda Tovuzun “Turan” klubunun qonağı olacaq.