“Hamburq” və Hollandiya millisinin yarımmüdafiəçisi Rafael van der Vart keçmiş komanda yoldaşı Qaret Beylin “Real”a astronomik məbləğə transferi barədə açıqlamalar verib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, van der Vart Beylin çox yaxşı oyunçu olduğunu, lakin ona görə ödənilən bu məbləğə – 100 milyon avroya dəymədiyini qeyd edib:
“Mən onunla oynamışam. O, son dövrlərdə özünü inkişaf etdirib, ancaq Beyl özünü “Real”da da sübut etməlidir.”
“Mən Beylin vəziyyətində olmuşam sadəcə “Real” o vaxt mənə görə daha az məbləğ ödəmişdi.”
Həmçinin o, Beylin Ronaldo və Messi səviyyəsində olmadığını, tamam başqa oyunçu olduğunu qeyd edib.