Topaz Premyer Liqasının V turu çərçivəsində “Neftçi” üzərində qazandığı qələbə “Bakı” üçün əlamətdar olub.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komanda ardıcıl qazandığı böyükhesablı qələbələrin sayını 3-ə çatdırıb.
III turda “Rəvan”ı 5:0, IV turda “Simurq”u 3:0 hesabı ilə məğlub edən Milinko Pantiçin futbolçuları sonuncu turda “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi.
Bununla da, “Bakı” 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi həmin vaxt da ardıcıl 3 böyükhesablı qələbə əldə etmişdi.
2008-ci il noyabrın 22-də “Turan”ı 7:0, 29-da “Muğan”ı 4:0 məğlub edən “Bakı” 2009-cu il fevralın 15-də MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.
