Dünən Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində İngiltərə və Şotlandiya milli komandaları qarşı-qarşıya gəliblər.
Korner.az-ın məlumatına görə, İngiltərənin “Uembley” stadionda baş tutan qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada meydan sahiblərində Ualkot, Uelbek və Riki Lambert fərqləniblər. Qonaq komandanın qollarına isə Ceyms Morrison və Kenni Müller imza atıblar.