“Çox maraqlı və əzmkar oyun oldu. Hər iki komandanın ifasında yaxşı oyun gördük”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Pyast” – “Qarabağ” oyuinundan sonra təmsilçimizin çalışdırıcısı Qurban Qurbanov deyib.
Qurbanov bildirib ki, rəqibin qol vurmağı sevdiyini bilirmiş: “Pyast” qool vurmağı sevən komandadı. Ona görə də qol vurmaq işini onlardan əvvəl icra etməliydik. Bunun da öhdəsindən gəldik. Rəqibə gözəl mübarizəyə görə təşəkkür edirəm”.