İtaliya A Seriyasında 36-cı tura yekun vurulub. Korner.az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutub.
Lider "Yuventus" bu tur xal itkisi ilə üzləşib. Öz meydanında "Leççe" ilə qarşılaşan Turin təmsilçisi meydanı bir xalla tərk edib – 1:1.
"Yuve"ni qaraba-qara izləyən "Milan" isə öz meydanında "Atalanta" ilə üz-üzə gəlib. Meydan sahibləri üç xalı iki cavabsız qolla qazanıb – 2:0.
Səfərdə "Parma"nın qonağı olan "İnter" isə məğlubiyyətlə üzləşib. Milan təmsilçisi hesabı açan tərəf olsa da, sonda meydanı məğlub tərk edib – 1:3.
2 may
İtaliya A Seriyasında 36-cı turun oyunları
"Çezena" – "Udineze" – 0:1
Qol: Fabbrini, 4 (0:1)
"Latsio" – "Siena" – 1:1
Qollar: Destro, 26 (0:1), Ledesma, 62-pen (1:1)
"Genua" – "Kalyari" – 2:1
Qollar: Palasio, 12 (1:0), Ariaudo, 13 (1:1), Yankoviç, 76 (2:1)
"Fiorentina" – "Novara" – 2:2
Qollar: Jeda, 14 (0:1), Rigoni, 30-pen (0:2), Montolivo, 48-pen (1:2), 71 (2:2)
"Milan" – "Atalanta" – 2:0
Qollar: Muntari, 9 (1:0), Robinyo, 90 (2:0)
"Kataniya" – "Boloniya" – 0:1
Qol: Ramirez, 9 (0:1)
"Yuventus" – "Leççe" – 1:1
Qollar: Markizyo, 8 (1:0), Bertolakki, 85 (1:1)
"Parma" – "İnter" – 3:1
Qollar: Sneyder, 13 (0:1), Martin, 53 (1:1), Giovinko, 55 (2:1), Biabiani, 83 (3:1)
1 may
"Kievo" – "Roma" – 0:0
"Napoli" – "Palermo" – 2:0