İngiltərə millisində ciddi itkilər
10.10.2024 , 13:54
İngiltərə millisi 3 itki ilə üzləşib.
Korner.az xəbər verir ki, söhbət “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Meyn, “Aston Villa”nın müdafiəçisi Ezri Konsa və “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Qibbs-Uaytdan gedir.
Hər 3 futbolçu zədə səbəbindən Yunanıstan və Finlandiya ilə olan görüşləri buraxacaq.
İngiltərə millisi bu gün Yunanıstanı qəbul edəcək, 13-də isə Finlandiya ilə qarşılaşacaq.