AFFA bu klubları cərimələdi
03.10.2024 , 13:50
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” 700 manat cərimələnib.
Eyni matçda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz təmsilçisi 700 manat cərimə edilib.