İki cüdoçumuz mübarizəni dayandırdı
28.07.2024 , 13:45
Paris-2024 Yay Olimpiya Oyunlarının 2-ci günündə Azərbaycan milli komandasının daha iki cüdoçusu mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, ilk olaraq tatamiyə 66 kq. çəki dərəcəsində yarışan Yaşar Nəcəfov çıxıb. 1/16 finalda onun rəqibi Serbiya cüdoçusu, Avropa çempionatının bürünc mükafatçısı Strahinya Bunçiç olub. Bunçiç vaza-ari xalı ilə qalib gəlib (1:0).
Daha sonra mübarizəyə 1/16 finaldan Azərbaycanın daha bir idmançısı – qadın cüdoçu, 24 yaşlı Gültac Məmmədəliyeva başlayıb.
52 kq. çəki dərəcəsində yarışan Məmmədəliyevanın rəqibi ABŞ-ı təmsil edən Anjelika Delqado olub.
Məmmədəliyeva rəqibinə məğlub olaraq mübarizəni başa vurub.