De Xea İtaliya klubuna keçir?
28.07.2024 , 14:00

Bir ildir klubsuz olan David De Xea yenidən yaşıl meydanlara qayıda bilər.
Korner.az xəbər verir ki, ispan qapıçının karyerasını İtaliyada davam etdirəcəyi gözlənilir.
“Cenoa” 33 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Artıq bununla bağlı təcrübəli “əlcək sahibi” ilə danışıqlar baş tutub.
İspaniya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin təklifinə isti yanaşır.
