“Sumqayıt” kapitanı göndərdi
19.06.2023 , 19:49
“Sumqayıt” futbolçusu Vurğun Hüseynovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
35 yaşlı futbolçu 2013-cü ildən “Sumqayıt”da çıxış edirdi.