38 yaşında futboldan getdi
19.06.2023 , 19:30

Türkiyə millisinin futbolçusu Gökhan Gönül 38 yaşında futboldan getdiyini bəyan edib.
Korner.az xəbər verir ki, o, bununla bağlı özü məıumat yayıb.
Klub karyerasında cəmi 535 matça çıxan Gökhan Gönül bu matçlarda 24 qol vurub, 69 məhsuldar ötürmə edib, “Fənərbağça” ilə 2, “Beşiktaş”la isə 1 çempionluq qazanıb. Milli ilə 66 oyun keçirib və 1 qol vurub.
Təcrübəli sağ cinah müdafiəçisi son olaraq “Çaykur Rizespor”da oynayırdı.
