big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Elsevər Dünyamalıyev “Simurq” – “Neftçi” oyununu niyə yayımlamadıqlarından danışdı (?)

11.04.2013 , 10:47

Azərbaycan Premyer Liqasının növbəti turunun ən maraqlı qarşılaşması Zaqatalada keçiriləcək desək, çox az adam razılaşmaz. Doğrudu, paytaxtda "İnter" – "Qarabağ" görüşü də diqqət mərkəzində olacaq. Ancaq "ağ-qaralar"ın ötən həftədən yaşadıqları fonunda əsas nəzərlərin Zaqatalaya yönəlməli olduğu şübhəsizdi. Gəl ki, deyəsən, matçı stadiondan kənardakıların görməsini istəməyən, adamlar var. Səbəb üçün uzun-uzadı siyahı tutmağa ehtiyac yoxdu. Azərbaycan reallıqlarını və "Neftçi"nin ötən həftə başına gətirilənləri yada salmaq bəs edər.

Az əvvəl Premyer Liqanın bu tur yayımlanacaq oyunlarının siyahısını ayrıca xəbər kimi təqdim etdik: "İnter" – "Qarabağ" və "Qəbələ" – "Bakı". Bəs ictimaiyyətin əsas hissəsinin marağında olan "Simurq" – "Neftçi" matçı nədən "mavi ekranlar"a çıxarılmır? 

Bu sualla  “İdman Azərbaycan” televiziya kanalının direktoru  Elsevər Dünyamalıyevə müraciət etdik. 

– Elsevər müəlim, "Simurq" – "Neftçi" oyunu nə üçün yayımlanmayacaq?
– Mənə niyə deyirsən, get UEFA-dan soruş.

– UEFA-dan?
– Bəli. 

– (həmsöhbətimin sualı düzgün anlamadığını hiss edib bir daha soruşuram) "Simurq" – "Neftçi" oyununu deyirəm. Onun UEFA-ya nə dəxli?
– Mənim imkanım nəyə çatırsa, onu da yayımlayıram.

– Sizcə, bu həftə yayımlayacağınız oyunlar "Simurq" – "Neftçi" oyunundan daha maraqlı, daha prinsipialdı?
– (əsəbiləşir) Bilirsən nə var? Kanalın Mətbuat Xidməti var, sualı onlara ünvanla. Sağ ol, qardaş.

– Sağ olun…

Saleh Arslan

Son yazılar

To Top