Premyer Liqanın növbəti turunun iki oyunu canlı yayımlanacaq.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev Korner.az-a açıqlamasında bildirib ki, bu tur azarkeşlər maraqla gözlənilən "Simurq" – "Neftçi" qarşılaşmasını televiziya vasitəsilə izləyə bilməyəcəklər.
Əvəzində, yayımçı telekanalar evimizə "İnter" – "Qarabağ" və "Qəbələ" – "Bakı" oyunlarını "gətirəcək". Siyahıya bir birinci divizion oyunu da salınıb: "Neftçala" – Şahdağ".
