“Sumqayıt”da yeni hücumçu – Rəsmi
24.01.2023 , 19:19
Dövrələrarası fasilədə heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Korner.az xəbər verir ki, “kimyaçılar” son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Sumqayıt”ın heyətində 9 nömrəli formada çıxış edəcək.
Karim Abubakar karyerası ərzində “Medeama” (Qana), “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların uğurları üçün çalışıb.