“Turan Tovuz” İsveçrə klubuna qarşı
13.01.2023 , 13:53
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun komandası İsveçrənin “Aarau” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.”Aarau” İsveçrənin ikinci liqasında çıxış edir.
Qeyd edək ki, ilk sınaq matçında Rumıniya “Petrolul”una uduzan (2:3) “Turan Tovuz” yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.