Xorvatiya – Mərakeş matçı qətərlilərə tapşırıldı
16.12.2022 , 10:00
DÇ-2022-də üçüncü yer uğrunda keçiriləcək Xorvatiya – Mərakeş matçının hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmada ədaləti Qətərdən olan hakimlər briqadası qoruyacaq. Görüşün baş hakimi Əbdülrəhman Əp-Jassim olacaq. Ona həmyerliləri Taleb Əl-Marri və Saud Əl-Maqale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.
Qeyd edək ki, Xorvatiya – Mərakeş oyunu 17 dekabr tarixində, Bakı vaxtilə saat 19:00-da baş tutacaq.