“Zirə” və “Sumqayıt”dan qələbə
04.12.2022 , 18:57
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçı Gəncədə olub. “Kəpəz” bu mövsüm qələbəsi olmayan “Sumqayıt”ı qəbul edib və 0:1 hesabı ilə uduzub.
Turun son oyununda “Zirə” “Turan Tovuz”u sınağa çəkib. Görüş “qartallar”ın 2:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XVI tur
4 dekabr
Kəpəz – Sumqayıt – 0:1
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Gəncə şəhər stadionu, 14:30
Zirə – Turan Tovuz – 2:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu, 17:00