Millinin baş məşqçisi istefa verdi
02.12.2022 , 13:00
Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.
Korner.az xəbər verir ki, ispaniyalı məşqçi Xorvatiya ilə qolsuz başa çatan matçdan sonra istefa verdiyini açıqlayıb. Bununla belə, o bildirib ki, bu qərarı o, turnirdən öncə veribmiş.
49 yaşlı məşqçi 2016-cı ildən komandanı çalışdırırdı.