Milli Bakıya qayıtdı
06.07.2022 , 19:12
İyunun 25-dən iyulun 5-dək Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.
Korner.az xəbər verir ki, yığmamız İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqları paytaxtda davam etdirəcək.
Voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.