Qarabağ qazisindən qızıl medal
28.05.2022 , 18:26
İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycanın daha bir para-atleti qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, Rasim Yaxin nüvə itələmə növündə (F46) 11.71 metr nəticə göstərərək bütün rəqiblərini üstələyib. Bu, Azərbaycan millisinin Qran-Pridə əldə etdiyi 5-ci qızıl medal olub.