“Borussiya”da yeni hücumçu
11.05.2022 , 17:46
“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi “Zalsburq”dan Karim Adeyemini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı forvardla müqavilənin müddəti 2027-ci ilin yayına qədər artırılıb.
Adeyemi bu mövsüm “Zalsburq”la 41 oyunda 23 qol vurub, 5 məhsuldar ötürmə edib.