“İnter”də yeni müqavilə
13.04.2022 , 16:46
“İnter” bu ilin yanvarında “Atalanta”dan icarəyə götürdüyü Robin Qosensi birdəfəlik transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman müdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Qosens bu mövsüm “İnter”lə 14 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.