Mətbuat katibləri üçün treninq davam edir
01.03.2022 , 16:32
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə, “İdman Həftəsi”çərçivəsində idman federasiyalarının mətbuat katibləri üçün treninq davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dünəndən start götürmüş treninqdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, gimnastika, güləş, cüdo, futbol, voleybol, badminton, qılıncoynatma, velosiped idmanı, avarçəkmə, boks, üzgüçülük, taekvondo, reqbi, triatlon, boççia idmanı və kikboksinq federasiyalarının məbuat xidmətlərinin rəhbərləri və əməkdaşları, eləcə də bəzi qurumların marketinq mütəxəssisləri iştirak edirlər. Treninqə sabah yekun vurulacaq.