30-cu ev məğlubiyyəti
01.03.2022 , 15:29
“Səbail” Premyer Liqada 30-cu dəfə öz meydanında məğlub olub.
Korner.az xəbər verir ki, bu, XVII turda qeydə alınıb. Paytaxt klubu “Zirə”yə 0:1 hesabı ilə məğlub olub. Bakılılar Premyer Liqada keçirdiyi 61-ci ev qarşılaşmasında 30-cu dəfə xalsız qalıb. “Səbail” bu müddətdə 17 qələbə qazanıb, 14 heç-heçə edib.
“Səbail” ilk ev məğlubiyyətini 2017-ci il sentyabrın 17-də “Qəbələ”dən alıb – 1:3.