“Keşlə” Bakıda iki yoxlama oyunu keçirəcək
23.12.2021 , 11:25
“Keşlə” qış fasiləsində növbəti yarım ilin hazırlığına Bakıda başlayacaq.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da bir araya gələcək komanda iki yoxlama oyunu keçirəcək. Həmin oyunların yanvarın 14-də və 20-də keçirilməsi planlaşdırılır. Rəqiblər isə hələlik bəlli deyil.