Konfrans Liqasında həftənin ən yaxşısı
26.11.2021 , 23:21
UEFA Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Renn”in futbolçusu Qaetan Laborddur.
O, səsvermədə Siril Dessers (“Feyenoord”), Nikolo Zanolo (“Roma”) və Pajtim Kasamini (“Bazel”) qabaqlayıb.
Qeyd edək ki, Labord qrup mərhələsinin 5-ci turunda “Vitesse” ilə matçda (3:3) het-trik edib.