“Zirə” legioneri ilə yollarını ayırdı – rəsmi
25.11.2021 , 12:33
“Zirə” klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stoilov avqustun 4-də “Zirə” ilə 2+1 illik müqavilə imzalamışdı.