Cüdo Federasiyasının yeni prezidenti
01.11.2021 , 18:41
Bu gün Azərbaycan Cüdo Federasiyasının növbədənkənar seçkisi keçirilib.
Korner.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan seçkidə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib.
Nazir bu vəzifədə Rövnəq Abdullayevi əvəz edib. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.