“Qarabağ” əvəzedicilərə qalib gəldi
09.10.2021 , 18:53
“Qarabağ” bu gün yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, əsas komanda “Qarabağ-2” ilə qarşılaşıb.
Matç əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İbrahima Vadji (3), Kadi Borges (2) və Qaspar vurublar.
Bu görüşdə milli komadanlara dəvət almayan futbolçular və gənc oyunçular şans qazanıblar.