“Qarabağ”la “Neftçi”nin 84-cü dueli
09.09.2021 , 20:23
Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, bu, komandaların çempionatda 84-cü oyunu olacaq.
Buna qədər 30 dəfə “Qarabağ”, 23 dəfə “Neftçi” qalib gəlib. Komandalar 30 oyunda isə meydanı bərabərliklə tərk edib.
Qələbə sayında olduğu kimi, top fərqində də “Qarabağ”ın üstünlüyü var – 92-76.
Qeyd edək ki, sentyabrın 12-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 20:30-da başlayacaq.