“Neftçi-2” hazırlığı davam etdirir
18.08.2021 , 14:07
“Neftçi-2” yeni mövsümə hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, əvəzediciləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar.
Avqustun 2-dən etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlığın ikinci mərhələsini avqustun 20-dən 30-dək Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandamızın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, 25-də “Halspor”, 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir.