Premyer Liqa klubunda yeni müqavilə
25.06.2021 , 16:29
“Vulverhempton” qapıçısı Con Raddi ilə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı qolkiper ilə bir illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti iyunun 30-na kimi idi.