Namaşko üçün 90 dəqiqə
26.03.2021 , 18:22
“Keşlə”nin qapıçısı Stanislav Namaşkonun çıxış etdiyi Moldova millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda səfərdə Farer adaları ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Namaşko start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Moldova millisi Farer adaları ilə yanaşı, Danimarka, Avstriya, Şotlandiya və İsraillə F qrupunda mübarizə aparır.