Andı Aqolli Bakıda
19.02.2021 , 14:46
“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Bakıdadı.
Albaniyalı müdafiəçi bu gün səhər saatlarında Azərbaycan paytaxtına gəlib. Onun ölkəmizə gəlişinin səbəbi məlum deyil. Aqolli bu gün “Qarabağ”ın “Sumqayıt”la səfər oyununu stadiondan izləyəcək.
Hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı futbolçu 2010-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.